EN

Bu gün BRİKS-in XVI sammiti başlanır

Hurriyyet.az xəbər verir ki, bu gün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində BRİKS təşkilatının XVI sammiti öz işinə başlayır.  Tədbir oktyabrın 24-dək davam edəcək.

2024-cü il yanvarın 1-dən BRİKS təşkilatına sədrlik Rusiyaya verilib.

Sammitdə 30-dan artıq dövlətin nümayəndələri iştirak edəcəklər.

Oktyabrın 22-də nümayəndə heyətlərinin başçıları qeyri-rəsmi nahar mərasimində iştirak edəcəklər.

Sabah, oktyabrın 23-də BRİKS-in XVI sammitinin iştirakçısı olan nümayəndə heyətlərinin rəhbərlərinin rəsmi görüş mərasimi, təntənəli qəbul, məhdud və geniş heyətlərdə iclaslar keçiriləcək. 

Oktyabrın 24-də BRİKS-in XVI sammitinin "autriç"/ "BRİKS plyus" formatında iki plenar iclası keçiriləcək.

Sammit RF Prezidenti Vladimir Putinin mətbuat konfransı ilə başa çatacaq.

Hürr Tərcüman

Chosen
21
hurriyyet.az

1Sources