Hurriyyet.az xəbər verir ki, bu gün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində BRİKS təşkilatının XVI sammiti öz işinə başlayır. Tədbir oktyabrın 24-dək davam edəcək.
2024-cü il yanvarın 1-dən BRİKS təşkilatına sədrlik Rusiyaya verilib.
Sammitdə 30-dan artıq dövlətin nümayəndələri iştirak edəcəklər.
Oktyabrın 22-də nümayəndə heyətlərinin başçıları qeyri-rəsmi nahar mərasimində iştirak edəcəklər.
Sabah, oktyabrın 23-də BRİKS-in XVI sammitinin iştirakçısı olan nümayəndə heyətlərinin rəhbərlərinin rəsmi görüş mərasimi, təntənəli qəbul, məhdud və geniş heyətlərdə iclaslar keçiriləcək.
Oktyabrın 24-də BRİKS-in XVI sammitinin "autriç"/ "BRİKS plyus" formatında iki plenar iclası keçiriləcək.
Sammit RF Prezidenti Vladimir Putinin mətbuat konfransı ilə başa çatacaq.
Hürr Tərcüman