EN

Şəmkirdə yol qəzası olub, 3 nəfər xəsarət alıb

Şəmkirdə

Şəmkir, 22 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 42 yaşlı Rauf Rzayev, 45 yaşlı İradə Huseynova və 75 yaşlı Sədaqət Məmmədrzayevadır. Faktla bağlı araşdırma aparılır.

Chosen
16
4
azertag.az

4Sources