ABŞ Prezidenti Co Bayden İsrailin İrana qarşı qeyri-qanuni hərbi təcavüzünü açıq şəkildə təsdiqləyib və dəstəklədiyini bildirib.
Azadmedia.az xəbər verir ki, bu sözlər İranın BMT-dəki missiyasının qurumun Təhlükəsizlik Şurasına müraciətində əksini tapıb.
Belə ki, İran nümayəndəliyi bunun sübutu kimi ABŞ Prezidenti Baydenin Almaniyada verdiyi açıqlamasını göstərib:
“Birləşmiş Ştatlar İsrailin İrana qarşı hər hansı təcavüz aktının qızışdırılmasında, təhrik edilməsində roluna, eləcə də regional və beynəlxalq sülh və təhlükəsizlik üçün fəlakətli nəticələrə görə tam məsuliyyət daşıyacaq".