EN

“Mahir Emreliyə vaxt verdik və bəhrəsini gördük” - VİDEO

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze 2-ci Bundesliqanın 9-cu turunda “Qroyter”ə 4:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb.

Sportinfo.az xəbər verir ki, o, qarşılaşmada ilk qolu vuran Azərbaycan yığmasının üzvü Mahir Emrelini tərifləyib:

“Onun vurduğu qol işimizi asanlaşdırdı. Futbolçularımın enerjisi məni heyran etdi.

Fantastik çıxış etdilər. Biz bu cür oyun istəyirdik. Mahir Emreli və Stefanos Tsimas tandemi uğurludur.

Mahir zədədən çox əziyyət çəkirdi. Ona vaxt verdik və bəhrəsini gördük”.

Mahir Emreli sözügedən qarşılaşmada komandasının ilk qoluna imza atıb. O, 25 metrdən baxımlı qol vurub.

Chosen
46
sportinfo.az

1Sources