EN

Putinə dedim ki, dostuq, amma Moskvanı vuracam - Tramp


ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putini Ukraynaya hücum olacağı təqdirdə Moskvanı vuracağı ilə hədələyib.
 
NUH.az     axar.az-a istinadən bildirir ki, Tramp bunu "Voll Strit Jurnal"a müsahibəsində deyib.
 
"Dedim ki, Vladimir, Ukraynanı təqib etsən, səni (Moskvanı nəzərdə tutur - red.) o qədər güclü vuracağam ki, inanmayacaqsan. Mən lənətə gəlmiş Moskvanın düz mərkəzini vuracağam. Dedim ki, biz dostuq, bunu etmək istəmirəm, amma seçimim yoxdur", - o bildirib.
 
Trampın sözlərinə görə, Putin ona "No way" (mümkün deyil, - red.) ifadəsi ilə cavab verib:
 
"Dedim ki, sən elə bir zərbə alacaqsan ki, başının üstündən o lənətə gəlmiş günbəzləri dağıdacağam. Çünki bilirsiniz, o, günbəzlərin altında yaşayır".
 
Tramp Putinlə söhbətinin nə vaxt və hansı şəraitdə baş tutduğunu açıqlamayıb. O əlavə edib ki, onun Rusiya prezidenti, eləcə də Çin lideri ilə əla münasibəti var:
 
"Həm Szinpin, həm də Putin mənim necə gicbəsər olduğumu bilirlər".

Chosen
8
5
nuh.az

6Sources