EN

Günün qoroskopu: sizi aldatmağa çalışacaqlar

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - çətin zamandır. Qarşınıza qoyduğunuz məqsədə tezliklə çatmaq mümkün deyil. Buna görə də başladığınız işlərə marağınız itməsin. Sözsüz, onların bəzilərini yaxın vaxtda bitirmək çətindir. Amma yolunuzdan dönməyin, çalışın, zəhmət çəkin. İşdə rəhbərliklə fikir ayrılığı və ya mübahisə ola bilər.

Əvvəllər etdiyiniz səhvləri xatırladır, istənilən qərar və ya addımınızı sərt tənqid edirlər.

Günün ikinci yarısı da sakitlik vəd etmir. Dəyər verdiyiniz, sayğı bəslədiyiniz insanın könlünü qırmayın. Yaranmış situasiyanı sakit şəraitdə, tələsmədən təhlil edin. Effektiv fəaliyyət taktikası hazırlayın. Belədə bir çox problemləri çözə bilərsiniz.

Buğa - çoxdankı plan və ya məqsədlərdən birinin reallaşdırılması üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisindəki maneələri dəf edin. Şəxsi münasibətlərdəki çətinliklərin aradan qaldırılması üçün səy göstərin.

İşdə mübahisə edən həmkarlarınızı barışdırın. Sülhməramlı missiyanın öhdəsindən gələ bilərsiniz.

Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insana yardım edin. Soyuqqanlı və təmkinli davranın.

Alacağınız məbləğin "gəlişi" ləngiyir. Narahat olmayın, ağır maliyyə böhranı olmayacaq. Sadəcə, xərcləri bir qədər azaldın.

Bəzi alışları təxirə salın.

Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər - son vaxtlar sizi narahat edən məsələləri həll etmək imkanları yaranıb. Şəxsi münasibətlərdəki gərginliyi aradan qaldırın. Peşəkar fəaliyyət müstəvisindəki maneələrlə sədləri dəf etmək olar. Təxəyyülünüzü və məntiqinizi işə salın. Problemlərin orijinal həlli ənənəvi metodlarla müqayisədə daha effektivdir.

Günün ikinci yarısı yaradıcılıq planlarının həyata keçirilməsi üçün münasib zamandır.

Yaşam potensialınızın səviyyəsi yüksəkdir. İşlər çox olsa belə, yorğunluq və gərginlik hiss etməyəcəksiniz. Yaxınlarınızla danışın, yaxın gələcəklə bağlı planları müzakirə edin.

Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.

Xərçəng - günün ilk yarısında nigaranlıq və narahatlıq yarana bilər. Yaxın ətrafınızdakı insanların sizə qarşı olduqlarını düşünməyin. Fikir ayrılıqlarını həll edin, dəyər verdiyiniz insanlarla dil tapın. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Sövdələşmə və anlaşmalar gəlir verəcək.

Alış-veriş üçün əlverişli zamandır.

Günün ikinci yarısında yaxınlarınıza diqqət ayırın, onların qayğısına qalın. Problemlərini sizinlə bölüşmək istəyən insanları dinləyin. Belədə iradlar və inciklik olmayacaq.

Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edə bilərsiniz.

Şir - uğurlu gündür. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni, daha maraqlı işlərə başlamaq olar. Faydalı tanışlıq baş tutacaq. İşdə həmkarlarla münasibətləri normallaşdırmaq şanslarını əldən verməyin. Diqqətli və səlis davranın. Yardıma ehtiyac duyan insana kömək edin.

Günün ikinci yarısı romantik münasibətlər üçün faydalıdır. Çoxdan bəri maraqlandığınız insanla görüş olacaq. Sevdiyiniz insanla təmaslardan həzz ala bilərsiniz.

Axşam saatlarında diqqətli olun.

Qız - günün ilk yarısında risk etməyin. Maliyyə məsələlərində soyuqqanlı və diqqətli davranın. Sınanmış metodlardan yararlanın, başqasının təcrübəsindən istifadə edin. Səhv addımlar ataraq sonrakı acı təcrübədən bəhrələnmək ən yanlış yoldur. Müttəfiqlər və dostlar sizə maraqlandığınız suallara cavab tapmağa yardım edəcəklər.

Dəyər verdiyiniz insanlarla günün ikinci yarısında qayğıkeş olun.

Chosen
6
1
publika.az

10Sources