EN

"Yuventus"a xoş gəldin, Arda Gülər"- Klubun bu tviti sensasiya yaratdı

İtaliya nəhəngi "Yuventus"un X ("Tvitter) sosial şəbəkə hesabında türkiyəli ulduz Arda Gülərin transferi ilə bağlı paylaşım edilib.

Rəsmi ingilisdilli hesabda paylaşılan tvit böyük marağa səbəb olub.  

“Yuventus"a xoş gəldin, Arda Gülər! Parlayan futbol ulduzu indi "Yuventus" ailəsinin bir hissəsidir! Yeni səyahətində tarix yazmağa hazırsanmı?", - tvitdə deyilir.

Ancaq Turin klubu 19 yaşlı türk cinah oyunçusunun "Real Madrid"dən transferi ilə bağlı xəbərin "feyk" olduğunu açıqlayıb. Məlum olub ki, hakerlər məlumatı "Yuventus"un rəsmi hesabını sındıraraq yayıblar. \\Fanat.Az 

Chosen
12
1
hurriyyet.az

2Sources