EN

İran nüvə silahından imtina etdiyini bəyan edib

İran nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahlarından istifadədən əsaslı şəkildə imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai brifinqdə bildirib.

“Bu qərar Ali Rəhbərin (Ayətullah Əli Xameneinin) fitvasına əsaslanır. İran və xarici mətbuatda [Tehranın nüvə doktrinasında dəyişikliklərin] müzakirəsi bu mövqeyə heç bir təsir göstərmir”, – diplomat vurğulayıb.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Tehran İsrailin ölkəyə raket hücumuna cavab vermək üçün hədəfləri müəyyən edib.

Chosen
10
3
nocomment.az

4Sources