EN

Bakı-Sumqayıt yolunda minik maşını yandı

Bakı-Sumqayıt yolunda minik avtomobilində yanğın olub.

Ölkə.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

Yağın nəticəsində Şəhriyar Şahbaziyə məxsus "Renault" markalı minik avtomobili yanıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Chosen
8
8
olke.az

9Sources