EN

Sumqayıtda avtomobil 88 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

"Nissan Note” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Abbas Qafar oğlu Hüseynovu vurub.

88 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
44
5
unikal.az

8Sources