EN

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

"Nissan Note” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Abbas Qafar oğlu Hüseynovu vurub.

88 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Chosen
20
4
ikisahil.az

8Sources