EN

“Londonda növbəti turnir başa çatdı. Mən onu uğurlu yarışlardan biri kimi yadda saxlayacam. Çox həyəcanlı və ağır turnir idi, ona görə ki, sürətli şahmat məhdud zaman kəsiyində sürətli qərarlarımızdan asılıdı, kim daha az səhvə yol verirsə, o da qal

Azərbaycan kişi şahmatının liderlərindən biri Şəhriyar Məmmədyarov sosial şəbəkədə yaxınlarda Londonda keçirilən Qlobal şahmat liqasındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb:

“Londonda növbəti turnir başa çatdı. Mən onu uğurlu yarışlardan biri kimi yadda saxlayacam. Çox həyəcanlı və ağır turnir idi, ona görə ki, sürətli şahmat məhdud zaman kəsiyində sürətli qərarlarımızdan asılıdı, kim daha az səhvə yol verirsə, o da qalib gəlir. Məni dəstəkləyən, yazan və təbrik edən hər kəsə dərin minnətdarlığımı çatdırıram. Bu turnir ərəfəsində mənim üçün ən maraqlı hadisələrdən biri Bakıda keçirilən qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatı oldu. Bacılarımın uğurları məni həyəcanlandırdı. Zeynəb Məmmədyarova rapid, Türkan Məmmədyarova isə blits üzrə çempion oldu. Onlarla qürur duyuram. Onların uğurları mənə də təsir göstərdi. Bir sözlə, saysız-hesabsız medal kolleksiyamıza daha üçü əlavə olundu. İllərlə Azərbaycan naminə fədakarlıq göstərmişik, dövlətimiz də bizim naminə eyni fədakarlığı göstərib. Heç bir kənar qüvvə, heç bir təklif bizi bu ölkədən apara bilmədi və bilməzdi də. Vətən sevgimiz həmişə güclü olub”.


Xatırladaq ki, Şəhriyarın şərəfini qoruduğu “Alaskan Nayts” Qlobal şahmat liqasının finalında Teymur Rəcəbovun da heyətində olduğu “Triventi Kontinental Kinqz” komandasına uduzub.
Chosen
24
football-plus.az

1Sources