EN

Azərbaycan və Qətər iş adamları iki ölkə arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər

Yazını böyüt
Yazını kiçilt

Qətərin paytaxtı Doha şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı, “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi, Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masa təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) hafta.az-a bildirilib ki, tədbirdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və digər sektorlarında fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.

Dəyirmi masada çıxış edən Qətər Ticarət və Sənaye Palatasının sədr müavini Rəşid bin Hamad Əl-Əthba, Azərbaycan Respublikasının Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, sahibkarlıq sahəsində əməkdaşlıq, işgüzar əlaqələrin genişləndirilməsi imkanları, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılması perspektivləri barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Azərbaycan və Qətər iş adamları arasında B2B görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Chosen
13
10
hafta.az

10Sources