EN

ADPU-nun müəllimi beynəlxalq festivalın Qran-Prisini qazanıb

ADPU-nun

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin Musiqi və onun tədrisi texnologiyası kafedrasının müəllimi Aygün Abaszadə “Astana Stars” – İtaliya-Qazaxıstan 2024 V Beynəlxalq Musiqi Festivalında “Milli vokal” kateqoriyası üzrə Qran-Pri mükafatına layiq görülüb.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, həmçinin müsabiqədə kafedranın baş müəllimi Gülarə Aslanova xüsusi diplomla təltif olunub.

Chosen
22
1
azertag.az

2Sources