EN

"Aztelekom"un yeni təyin olunan baş direktoru kimdir?

"Aztelekom"un yeni təyin olunan baş direktoru Həsən Ömərovdur və o, artıq artıq bir müddətdir ki, fəaliyyətə başlayıb.

Bəs yeni təyin olunan baş direktor kimdir?

Publika.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu barədə qeyd edib:

"Həsən Ömərov bir müddət baş direktorun müşaviri və rəhbər vəzifəsinin icraçısı olaraq çalışırdı. Uzun müddət Zaqatala Telekommunikasiya Qovşağına rəhbərlik edib. Son 3 ildə "Aztelekom"da struktur islahatları çərçivəsində yaradılan "Şimal-Qərb Regional Filialı"na (Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonları daxildir) rəhbərlik edib. Sektorda uzun müddət fəaliyyət göstərən və peşəkarlardan hesab olunur.

Chosen
8
5
publika.az

6Sources