EN

Rövşən Lənkəranski haqqında xoşagəlməz ifadələr işlədən şəxsi cəzalandırdılar - Məhkəmə

Azərbaycanda adam oğurluğunda ittiham olunanSəlim Əliyev, Murad Rzayev,Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Müştəba Əliyev bildirib ki, ittiham aktında göstərilən əməli o törədib. O, ailəsindən 3 üzvün və digər şəxslərin günahsız olduğunu bildirərək cinayət işinin məhkəmə istintaqına qayıtmasını istəyib.
Digər vəsatət isə təqsirləndirilən şəxslər arasında olan azyaşlı Murad Rzayev haqqında seçilmiş "həbs qətimkan tədbiri"nin "ev dustaqlığı qətimkan tədbiri" ilə əvəzlənilməsi barədə olub.

Məhkəmə cinayət işinı xitam verilməsi və cinayət işini ibtidai istintaqa qaytarılmasını barədə vəsatət təmin olunmayıb.Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verilən vəsatətıərdə təmin edilməyib.

Növbəti proses noyabrın 4-də davam edəcək.

Səlim Əliyev, Murad Rzayev,Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə;) maddəsi ilə ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Təqsirləndirilən Şücaət Rzayev isə tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir. İttihamda bildirilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.
İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli "gəlinlik" paltarını onun əyninə geyindirərək etdiyi paylaşımlara görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar.
Qeyd edək ki, sözügüdən cinayət işi üzrə daha 4 nəfər barəsində də axtarış elan edilərək onların saxlanılaraq istintaqa cəlb olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Cinayət işi üzrə Nəzirxan Tofiq oğlu Ağaxanov zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirlilən şəxslərdən ikisi yetkinlik yaşına çatmayandır.


Müəllif: Hacı Zeynalov
Chosen
18
2
teleqraf.com

10Sources