EN

Yağışa görə Bakı yollarında sıxlıq yarandı - Siyahı

Hazırda yağışlı hava şəraiti ilə əlaqədar Bakının bir sıra yollarında sıxlıq yaranıb.
Bu barədə BUTA.TV-a NİİM-dən məlumat verilib. Bildirilib ki, hazırda yollardakı vəziyyət: 1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 6. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 9. Xətai prospekti, "Şərq bazarı" istiqamətində; 10. Zərifə Əliyeva küçəsində; 11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 15. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 17. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 18. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 19. "3-cü mikrorayon" dairəsində; 20. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 21. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında; 22. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

23. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Chosen
2
49
buta.tv

10Sources