EN

Bakıda yağışa görə yollarda TIXAC yarandı

Bakıda hazırda yollarda olan mövcud vəziyyət açıqlanıb.   Manset.az DİN-in Nəqliyyatı İntellekektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda
1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 6. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 9. Xətai prospekti, "Şərq bazarı" istiqamətində; 10. Zərifə Əliyeva küçəsində; 11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 15. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 17. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 18. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 19. "3-cü mikrorayon" dairəsində; 20. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 21. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında; 22. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 23. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Qeyd olunub ki, hazırda paytaxtın bəzi küçə və prospektlərində yolda avtomobil sıxlığı müşahidə olunur. Havanın yağışlı keçməsi səbəbindən sürücülər ehtiyatlı davranaraq təbii olaraq sürət həddini azaldırlar. Bu da sıxlıq olan küçə və prospektlərin sayının artmasına səbəb olub. DİN-in Nəqliyyatı İntellekektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə birgə yaranan sıxlığın aradan qaldırılması istiqamətində işlər görürlər.

Chosen
2
49
manset.az

10Sources