EN

Bələdiyyələrə yığımların nağdsız qaydada həyata keçirilməsi təklif edilir

Bakı. Trend:

Bələdiyyələrə yığımların nağdsız qaydada həyata keçirilməsitəklif edilir.

Trend-inməlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan“Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdəöz əksini tapıb.

Qanunun 3.4.1-ci maddəsinə əsasən vergilərin yığımı nağdsızqaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamilolunur.

Adıçəkilən qanuna təklif olunan dəyişikliyə əsasən bələdiyyələrəödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların danağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasınınelektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadəetməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla daşəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının vəvəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmətedəcəkdir.

Chosen
14
11
az.trend.az

10Sources