EN

"Min bir gecə"nin məşhur aktyoru vəfat etdi -FOTO

Türkiyəli ssenarist, yazar, aktyor Suphi Tekniker vəfat edib.

Redaktor.az  xəbər verir ki, aktyor 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.Tekniker "En büyük Şaban", "Tokatçı", "Hanzo", "Dolap beygiri", "Aile şerefi", "Sekreter", "Allah Allah" kimi layihələrin ssenaristi olub.

O, 1960-cı ildən etibarən aktyor kimi kamera qarşısına keçib. Tekniker "Cici kızlar", "Kadın düşmanı", "İngiliz kemal", "İntikam kartalları", "Yumurcak küçük şahit", "Şoför", "Durdurun dünyayı" kimi layihələrdə rol alıb. Suphi son olaraq "Min bir gecə" serialında "Yalçın"a həyat verib (axsam.az). 

Chosen
15
19
redaktor.az

10Sources