EN

Azərbaycanda bədbəxt hadisə: su çəninin altında qalıb öldü

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
 
Moderator.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun İmirli kəndində qeydə alınıb.
 
Belə ki, S.Yaqubovun həyətində işləyən 1984-cü il təvəllüdlü qonşusu Kamran İbrahim oğlu Məmmədov ehtiyatsızlıqdan su çəninin altında qalıb.
 
Nəticədə K.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Chosen
6
14
moderator.az

10Sources