EN

ABB “SIBOS-2024” beynəlxalq sərgi-konfransında təmsil olunur

Bakı. Trend:

Oktyabrın 21-dən Çin Xalq Respublikasının paytaxtı Pekinşəhərində ənənəvi SIBOS sərgi-konfransı başlanıb. Tədbirintəşkilatçısı Ümumdünya Banklararası Maliyyə TelekommunikasiyaCəmiyyətidir (SWIFT).

Oktyabrın 24-dək davam edəcək “SIBOS-2024” sərgi-konfransına ABBdə qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrininmüavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev, İdarə Heyəti sədrininmüavini, Baş risk inzibatçısı Aqşin Əmirov, Baş direktor Fuadİslamov, Mərkəzi xəzinədarlıq departamentinin direktoru KamranHüseynov, departamentin şöbə müdiri Tural Oruclu təmsil edir.

SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyəqurumlarının nümayəndələrini bir araya gətirən, maliyyəsektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübəvə texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzarəlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır.

“SIBOS–2024” çərçivəsində ABB nümayəndələri xarici maliyyəqurumlarının təmsilçiləri, o cümlədən Bankın uzunmüddətlitərəfdaşları olan Citibank, JP Morgan, BNY Mellon, LBBW,Commerzbank, Deutsche Bank, ABN AMRO, ODDO BHF, ZurcherKantonalbank, Raiffeisen, ICBC, Vakifbank, İşbank, Akbank, Mashreq,First Abu Dhabi və s. bu kimi maliyyə institutlarının nümayəndələriilə görüşlər keçirəcəklər.

Həmçinin risk, hesablaşmalar, ticarətin maliyyələşdirilməsi,innovasiyalar sahəsində finteklərin nümayəndələri ilə də görüşlərolacaq, gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələraparılacaq. ABB təmsilçiləri maliyyə texnologiyaları, süniintellekt, data ilə bağlı müxtəlif tədbirlərdə də iştirakedəcəklər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Chosen
2
12
az.trend.az

10Sources