EN

Gürcüstanlı səyyahların üçüncü qrupu Qarabağa gəldi

Gürcüstandan gələn turistlərin üçüncü qrupu Azərbaycanın Qarabağ bölgəsinə səfər edib.

Teleqraf.com xəbər verir ki, qonaqlar səfərin birinci günü Xankəndinə, oktyabrın 22-də isə Ağdam və Şuşaya səfər edəcəklər.

Səyyahlar erməni işğalının nəticələrini öz gözləri ilə görə biləcək, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.


Müəllif: Teleqraf.com
Chosen
2
12
teleqraf.com

10Sources