EN

"Cinsi azlıqlar var, onlar da COP azlığı olsun" - Deputat

"Azərbaycanı hədəfə alan qüvvələr onu bilsinlər ki, onlar azlıqdadır. Cinsi azlıqlar, digər azlıqlar var, bunlar da COP azlığı olsun. İki yüz dövlət bizim müdafiə edib, işimiz haqq işidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, COP29-da müzakirə olunan ən mühüm məsələ iqlim dəyişikliyi ilə bağlıdır: "Bütün dünya ölkələrinin hərbi büdcəsi 1 trliyon 200 milyard dollardır. Bu silahlar dünyanı dağıtmaq mahiyyəti kəsb edir. Müharibə olarsa, silahlar sülhün və təhlükəsizliyin əleyhinə olan qüvvədir. Dünya hərbi sahəyə 1,2 trilyon pul ayırırsa, niyə bu qədər pulu dünyanın xilası üçün ayırmasın?"

"Söyüş müxalifəti deyilən bir kəsim var. Onlar gecə-gündüz Azərbaycan ictimai fikrinə təsir göstərmək istəyirlər. Həmçinin, COP29 əleyhinə təbliğat aparırlar. Sapı özümüzdən olan baltalar başlayıblar ki, Azərbaycandakı bu tədbiri boykot etmək lazımdır. Onlar dezinformasiyalar yayırlar", - deyə E.Nəsirov bildirib.

Anar Kəlbiyev

Chosen
2
37
unikal.az

10Sources