EN

Su çəninin altında qalıb öldü - FOTO

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun İmirli kəndində qeydə alınıb.

Belə ki, S.Yaqubovun həyətində işləyən 1984-cü il təvəllüdlü qonşusu Kamran İbrahim oğlu Məmmədov ehtiyatsızlıqdan su çəninin altında qalıb.

Nəticədə K.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

(qafqazinfo)

Chosen
1
14
avtosfer.az

10Sources