EN

"Uzun Cevdet"in oyunu FETÖ-nü parçaladı — Gülənin cənazəsi qaçırıla bilər

FETÖ-dəki parçalanmalar çoxdan məlum idi. Onların lideri Fətullah Gülənin ölümündən sonra təşkilat daxilində müzakirələr başlasa da, FETÖ üzvü Cevdet Türkyolunun Gülənin dəfn mərasimində iştirak etməyəcəyi iddiası təşkilatı çaş-baş salıb.

Demokrat.az
"Hürriyet"ə istinadən xəbər verir ki, 15 iyul uğursuz dövlət çevriliş cəhdinin memarı, FETÖ lideri Fətullah Gülən 20.10.2024-cü ildə vəfat edib. Fətullah Gülənin ölümü ilə təşkilatın üst rəhbərliyində çaxnaşma başlayıb. Onun ölümünün elan edilib-edilməməsi ilə bağlı təşkilat daxilində böyük müzakirələr gedir. Xəstəliyinin ağırlaşmasına səbəb olan dərmanları ona verən Fətullah Gülənin ətrafındakılar xəbərin gizli saxlanıla bilməyəcəyinə qərar veriblər.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, FETÖ lideri Fətullah Gülənin səhhətinin ağır olduğu, psixi cəhətdən sağlam olmadığı məlum olub. "Uzun Cövdət" ləqəbli "qara qutu" Cevdet Türkyolunun təşkilata maddi yardımının kəsilməməsi üçün Fətullah Güləni daha sağlam gösərmək məqsədi ilə ona dərman verdiyi üzə çıxıb və təşkilatın dağılmasının qarşısını almaq üçün əvvəllər çəkilmiş videoları sanki yerni kimi yayımlanıb.  Cevdet Türkyolu həm Fətullah Güləni, həm də təşkilatın pullarını özünəməxsus şəkildə idarə etmək üçün hətta təşkilatın liderini Pensilvaniyadakı malikanədən qaçıraraq kürəkəninin evinə aparıb.

Təşkilat lideri Fətullah Gülənin vəfatı heyət daxilindəki mübarizəni alovlandırıb. Təşkilat rəhbərinin harada dəfn ediləcəyi, cənazə namazını kimin qılacağı və dəfn mərasiminə kimlərin qatılacağı əsas müzakirə mövzusu olub.

Cevdet Türkyolu cənazənin bir an əvvəl öz nəzarəti altında torpağa tapşırılmasını istəyir, lakin nümayəndə heyətinin rəhbərləri Avropadan gələnlərin gözlənilməsinin tərəfdarıdır. Cevdet Türkyolunun bu məqsədlə cənazə şousu düzəldərək, meyiti qaçıracağı ilə bağlı xəbərlər də var.

Təşkilat daxilində Fətullah Güləni Səid Nursi kimi istəyənlər çoxlq təşkil edir. Məzarın yerinin bilinməməsi ilə bağlı təşkilat daxilində ümumi qərar var. Dəfn mərasiminin çox az sayda insanın iştirakı ilə keçirilməsi planlaşdırılıb və onun son olaraq məskunlaşdığı Cevdet Türkyolunun kürəkəninin evinin daxilindəki meşəlik ərazidə torpağa tapşırılacaq. Bu şəkildə məzarın təhlükəsiz olacağı düşünülsə də, Cevdet Türkyolunun cənazəni qaçırmaq ehtimalı təşkilatın digər güc mərkəzlərini də narahat edir.

Təşkilat daxilindəki parçalanmalar çoxdan məlumdur. Fətullah Gülən vəfat edəndə təşkilatın əlində olan pulları kimin ələ keçirəcəyi və kimin idarə edəcəyi ilə bağlı böyük çəkişmələr olduğu ortaya çıxıb.

Fətullah Gülənin ölümündən sonra hakimiyyəti əldə saxlamağa çalışan Cevdet Türkyolu əslində heyətdəki ağsaqqallar tərəfindən istənilmir. Nəzarətsiz şəkildə zənginləşmiş kimi görünən Cevdet Türkyolunu zərərsizləşdirmək üçün təşkilat daxilində artıq lobbiçilik başlayıb.

Təşkilatın sərvətinin böyüklüyü daxildəki yuxarı səviyyələrin gözünü qamaşdırıb. Daha yüksək səviyyələrdə olan insanlar pula nəzarət etmək istəyirlər. Ancaq pulun böyük hissəsinə Fətullah Gülənin səhhəti pisləşdiyi üçün onu nəzarətə götürən Cevdet Türkyolu nəzarət edir. Cevdet Türkyolu pulu öz qruplaşmalarını nəzarətdə saxlamaq üçün istifadə edir.

Qurumun idarə heyətinin digər üzvləri də Cevdet Türkyolunun pula nəzarət etdiyini bilir və ondan şikayətçidir. Qurumun Avropa ayağını idarə edən Abdullah Aymazın ABŞ ayağını idarə edən Cevdet Türkyolu və onun yanındakı Mustafa Özcanın təsirini qırmaq üçün ciff cəhdlər göstərdiyi məlumdur. Abdulla Aymaz ABŞ tərəfini lazım gələrsə, təşkilatın Avropa şöbəsini ayrmaqla hədələyir. Təşkilat daxilində hakimiyyəti əldə saxlamaq istəyənlər arasındakı gərginliyin hətta sui-qəsdlərlə nəticələnəcəyi gözlənilir.



Jalə
Demokrat.az


Chosen
17
3
demokrat.az

4Sources