EN

“Turan Tovuz” Premyer Liqa tarixində ilk dəfə bunu bacardı

“Turan Tovuz” klubu futbol üzrə Azərbaycan çempionatları (Premyer Liqa) tarixində ilk dəfə səfərdə 4 qola imza atıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bu, Premyer Liqanın 10-cu turu çərçivəsində baş tutan “Sumqayıt”la səfər matçına təsadüf edib.

Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə oynadığı 5 görüşdə üç qol vurmuşdu. Həmin rekord Sumqayıtda yenilənib.

“Turan Tovuz” tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/2023-cü illər mövsümündə “Neftçi”ni, ötən çempionatda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.

Chosen
5
22
arena.az

10Sources