EN

Dezinformasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır - Natiq Məmmədli

Bakı. Trend:

Bu ilin əvvəlindən yeni metodlarla dövlət başçısına qarşıkibertəhdidlərin şahidi olduq. Müxtəlif hiperlinklər yaradılır vəsaxta müsahibələr paylaşılırdı.

Trend xəbər verir ki, bunuMilli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər”mövzusunda ictimai müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçıdirektorunun müavini Natiq Məmmədli deyib.

O qeyd edib ki, burada məqsəd Azərbaycan insanının fikriniçaşdırmaq, informasiya mühitini çirkləndirmək və ölkəmiz haqqındadüzgün məlumatların qarşısını almaqdır.

"Dezinformasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır.Medianın manipulyasiya ilə məşğul olması nə qədər qəribə olsa da,bu, Qərb mediası üçün xarakterikdir. Neqativ tendensiyalara qarşımübarizə formaları var.

Manipulyasiya ilə məşğul olan media subyektləri öz ölkələrininictimai rəyini çaşdırır. Bu, beynəlxalq media əxlaqı ilə ziddiyyəttəşkil edən fəaliyyətdir. Azərbaycan haqqında ölkədən kənardadolğun məlumat formalaşdırmağı başqa heç bir ölkənin mediasındangözləməli deyilik.

Bu, Azərbaycan mediasının əsas funksiyasıdır. Azərbaycanhəqiqətlərini mediamız doğru, düzgün və dolğun formada dünyayaçatdıra bilər. Mediamız fəaliyyətini bu istiqamətdə müasirçağırışlara cavab verərək, qurmaqdadır. Təbii ki, tam idealsəviyyədə deyil. Bu, istiqamətdə fəaliyyətimizi davametdirməliyik", - deyə o əlavə edib.

Chosen
13
4
az.trend.az

5Sources