"Bu günə qədər 3 minə yaxın beynəlxalq mətbuat nümayəndəsi COP29-da iştirak etmək üçün qeydiyyatdan keçib. Bunların arasında yerli KİV nümayəndələri də var. "Mavi" zonada iş üçün KİV-in akkreditasiya prosesi artıq 21 oktyabrda başa çatır. Eyni zamanda, bir müddət əvvəl təşkilat komitəsi tərəfindən jurnalistlərin "yaşıl" zonada iş üçün akkreditasiya prosesi başlanıb və bu qeydiyyat oktyabrın sonunda başa çatacaq. Hazırda bizdə "yaşıl" zonaya akkreditasiya üçün 150-ə yaxın müraciət var" - deyə o, əlavə edib.