EN

Azərbaycan Beyin Mərkəzləri Platformasının fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycanın xarici siyasətinə olan təhdidlərin araşdırılması prosesinə xarici ekspertlərin cəlbi Azərbaycan Beyin Mərkəzləri Platforması vasitəsi ilə həyata keçiriləcək.

Vətəninfo.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimat mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Beyin Mərkəzləri Platforması yeddi təsisçi təşkilatdan ibarətdir:

“Burada ümumi səkkiz təşkilat iştirak edir. Tədbirdə bir sıra məqsədlər müzakirə olunub. İlk növbədə, Azərbaycan dövlətinin dəsti-xəttinin, xarici siyasətinin dəstəklənməsi müzakirə edilib. Platforma vasitəsi ilə hər hansı bir təşkilatın araşdırmasının təşviqi, həmçinin qrantların və maliyyə vəsaitlərinin cəlb edilməsi, onların paylanması və koordinasiyası da nəzərdə tutulub. Azərbaycanın xarici siyasətinə olan təhdidlərin araşdırılmasında xarici ekspertlərin cəlb olunması platforma vasitəsi ilə həyata keçiriləcək. Mütəmadi olaraq xaricdən Azərbaycanla bağlı sorğular daxil olur. Bu sorğular mütəşəkkil şəkildə platforma vasitəsi ilə əldə olunacaq”.

Chosen
8
2
veteninfo.az

4Sources