EN

Dövlətimizə qarşı çirkin kampaniyalar kimlər tərəfindən aparılır?

“COP-29 tədbirinin vaxtı yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyalarının da sayı artmağa başladı”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda keçirilən ictimai müzakirədə komissiyanın sədri Ramid Namazov bildirib.

“Milli Məclis ölkəmizin təhlükəsizliyi və inkişafı naminə Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətinə daim dəstək verib və verəcək. Eyni zamanda Milli Məclis öz səlahiyyətləri çərçivəsində dövlətimizin bütövlüyünə və qanunlarına, milli-mənəvi dəyərlərimizə, beynəlxalq nüfuzumuza və başqa sahələrdə təhdid yaradan hallarla mübarizdə həmişə qətiyyət nümayiş etdirib.

Məlumdur ki, gələn ay Bakı COP-un 29-cu sessiyasına, Paris razılaşmasının tərəflər görüşünün 6-sı sessiyasına ev sahibliyi edəcək. Həm dövlət başçılarının yüksək səviyyədə iştirakı baxımından, həm də iştirakçı sayının çoxluğunu nəzərə aldıqda, dünyada keçirilən ən böyük beynəlxalq konfranslardan olan COP-29-un keçiriləcəyi vaxt yaxınalşdıqca, ölkəmizə qarşı qarayaxma kampaniyalarının artdığının şahidi oluruq. Bu gün keçirilən iclasın əsas məqsədi dövlətimizə qarşı aparılan çirkin kampaniyaların kimlər tərəfindən aparıldığını göstərmək, millət vəkilləri və beyin mərkəzlərinin fikirlərini dinləməkdir”, – deyə R.Namazov bildirib.

Chosen
2
9
xalq.az

10Sources