EN

Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı 28 %-ə yaxın azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 269 702 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

"Report" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 % azdır.

9 aylıq göstəricinin 44 462-si (16,5 %) ilkin, 225 240-ı isə (83,5 %) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 45 422-si fərdi yaşayış və bağ evi, 62 167-i mənzil, 152 594-ü torpaq sahəsi, 2 534-ü qeyri-yaşayış binası, 6 350-si qeyri-yaşayış sahəsi, 597-si əmlak kompleksi, 38-i isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 71 843-ü Bakının, qalanı isə bölgələrin payına düşüb.

Hesabat dövründə 203 056 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,35 % azdır.

Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 7,6 % azalaraq 56 730 olub.

Chosen
6
6
sam.az

10Sources