EN

Bu il Azərbaycanda 270 min daşınmaz əmlaka çıxarış verilib

Bu

Bu ilin yanvar-sentyabr aylarında daşınmaz əmlak üzərində 269 702 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Bu göstəricinin 44 462-si (16,5%) ilkin, 225 240-ı isə (83,5%) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 45 422, mənzil üzərində - 62 167, torpaq sahəsi – 152 594, qeyri-yaşayış binası – 2 534, qeyri-yaşayış sahəsi – 6 350, əmlak kompleksi - 597, çoxmərtəbəli yaşayış binası üzərində isə 38 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 71 843-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Doqquz ayda 203 056 texniki pasport tərtib edilib, 56 730 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Chosen
2
8
xalqcebhesi.az

10Sources