EN

"Turan Tovuz" rekorda imza atdı

“Turan Tovuz” Azərbaycan Premyer Liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu, “Sumqayıt”la oyuna təsadüf edib. Qurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.

Premyer Liqada 3-cü mövsümündə buna qədər Tovuz təmsilçisi səfərdə 5 görüşdə üç qol vurub. Rekord Sumqayıtda yenilənib.

“Turan Tovuz” tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/23 mövsümündə “Neftçi”ni, keçmiş çempionatda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.

Chosen
10
22
iqtisadiyyat.az

10Sources