Qəbələ avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Soltannuxa kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü Murad Əsgərov və sərnişini Taleh Şahverdiyev müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.