EN

Pentaqon rəhbəri Kiyevə gəlib- Zelenski ilə görüşəcək

Pentaqon rəhbəri Lloyd Ostin Kiyevə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Səfər çərçivəsində Ostin Ukrayna prezidenti Vladimir Zelenski, eləcə də ölkənin müdafiə naziri Rustem Umerov ilə görüş keçirəcək.

Kanalın mənbəsi iddia edir ki, tərəflər Ukraynanın silah ehtiyaclarını müzakirə edəcəklər. Bundan başqa, Ostin Zelenski ilə Vaşinqtonun gələn il Kiyevi necə dəstəkləyəcəyi barədə danışacaq.

“The Wall Street Journal” yazır ki, Ostin Kiyevə səfəri zamanı yeni dəstək tədbirləri elan etməyəcək. Ukrayna ordusuna Rusiyanın dərinliklərində uzaqmənzilli silahlarla zərbələr endirməsinə icazə də nəzərdə tutulmur. Nəşr yazır ki, bu, Ostinin ABŞ-ın müdafiə naziri kimi Ukraynaya sonuncu səfəri ola bilər.

Azpost.info

Chosen
4
23
azpost.info

10Sources