EN

Bu şəxslərə hər gün 1 milyon dollar vəriləcək

Dünyanın ən varlı adamlarından biri olan İlon Mask (195 milyard dollar sərvəti ilə Forbes siyahısında 2-ci yer) 5 noyabrda keçiriləcək prezident seçkilərinə qədər hər gün 1 milyon dollar bağışlayacağını vəd edib.

Olaylar xəbər verir ki, o bu pulu ABŞ Konstitusiyasına dəstək üçün onlayn petisiyaya imza atanlardan birinə verəcək.

O bu barədə Pensilvaniyada respublikaçı Donald Trampı dəstəkləmək üçün seçicilərlə görüşdə çıxış edərkən bildirib.

Eyni tədbirdə Mask ilk çeki də təqdim edib. Qalib ştat sakini Con Dreher olub.

"Bir milyon dollar almaq üçün tələb etdiyimiz yeganə şey petisiyanı imzalamağınızdır", - deyə Mask bildirib. (titul.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
4
olaylar.az

10Sources