EN

"Ukrayna böhranı lokal münaqişə deyil"- Rusiya XİN

"Ukraynadakı münaqişənin həlli ilə bağlı Almaniyanın ssenarisi həyata keçirilə bilməz". 

News365.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib. 

O, bildirib ki, Ukrayna böhranının yerli münaqişə olmadığını başa düşmək üçün dahi olmaq lazım deyil.  "Moskvanın münaqişənin həlli ilə bağlı prinsipial mövqeyi Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya birləşmiş bölgələrdən tamamilə çıxarılması, onların Rusiyanın bir hissəsi kimi tanınması, Ukraynanın neytral statusunun təsdiqlənməsi və Ukraynanın Ermənistana qarşı təminatlarının təmin edilməsidir. Bundan başqa, Ukraynanın rusdilli əhalisinin hüquq və azadlıqlarını təmin etmək lazımdır".

Chosen
22
50
news365.az

10Sources