EN

Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunması çağırışlı sərgi keçiriləcək

Heydər Əliyev Mərkəzində heykəltaraşlıq nümunələrinin təqdim olunacağı daha bir sərgi nümayiş etdiriləcək.

Noyabrın 7-də nigeriyalı heykəltaraş Dotun Populanın (Dotun Popoola) “Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) fərdi sərgisinin açılışı olacaq.

Dotun Populanın 7-ci fərdi sərgisinin COP29 ərəfəsində Bakıda açılması isə ekspozisiyanın COP29-la səsləşməsidir. Belə ki, ev sahibliyi edəcəyimiz mühüm beynəlxalq tədbirin iştirakçıları hər il dünya dövlətlərini bir araya gətirərək keçirdikləri görüş və konfranslarda iqlimə diqqətin vacibliyini vurğulayırlarsa, heykəltaraş Dotun Popula da yaratdığı orijinal əsərləri ilə həmin mövzunu qabardır. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır.

Qeyd edək ki, 2012-ci ildən etibarən ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə geniş ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək məqsədi daşıyan “Tullantıdan sənətə” adlı beynəlxalq festival keçirilir. Əsasən məişət tullantılarından hazırlanan əsərlər hətta tullantının incəsənət əsərinə çevrilməsinin mümkünlüyünü nümayiş etdirir. 2015-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı Muzeyin açılması isə Azərbaycanda bu sahədə görülən uğurlu işlərin nəticəsi kimi qəbul edilə bilər.

Chosen
8
19
aznews.az

10Sources