EN

Tramp: Putinə dedim ki, “lənətə gəlmiş Moskvanın mərkəzinə” zərbə endirəcəm...

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp Putini Ukraynaya görə Moskvanın mərkəzinə zərbə endirməklə hədələdiyini açıqlayıb...

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini “Rusiya Ukraynanı təqib edərsə” Moskvanı vuracağı ilə hədələdiyini deyib.

Poliqon xəbər verir ki, Tramp bu barədə The Wall Street Journal qəzetinin redaksiya heyəti ilə görüşündə deyib.

Trampın sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Rusiya liderinə deyib ki, “Ukraynanı təqib etsə”, o qədər güclü zərbə alacaq ki, buna inanmayacaq. Tramp qeyd edib ki, birbaşa “lənətə gəlmiş Moskvanın mərkəzinə” zərbə endirməklə Putini hədələyib.

Keçmiş prezidentin sözlərinə görə, o, Putinə deyib ki, bunu etmək istəmir, çünki onların yaxşı münasibətləri var, amma Putin Ukraynaya qarşı davranışlarını dəyişməsə, başqa seçimi olmayacaq.

Tramp Putinlə belə bir söhbətin nə vaxt və hansı şəraitdə baş tuta biləcəyini açıqlamayıb.

Qeyd edək ki, oktyabrın 17-də Tramp deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski münaqişəyə görə məsuliyyət daşıyır və o, münaqişənin başlamasına mane olmalı idi.

Poliqon.info

Chosen
12
3
poliqon.info

4Sources