EN

Moldovalıların 53,8%-i Aİ-yə qoşulmağa qarşı çıxıb - YENİLƏNİB

Referendumda Moldova vətəndaşlarının 53,8 faizi ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 46,2 faizi isə bunu dəstəkləyib.

APA xəbər verir ki, bu ilkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 90,04%-i sayılmasından sonra dərc edilib.

Qeyd edək ki, referendum Moldovada prezident seçkiləri ilə eyni vaxtda keçirilir.

***

23:47

Ölkədə keçirilən referendumda Moldova vətəndaşlarının 55%-i ölkənin Avropa İttifaqına daxil olmasının əleyhinə səs verib.

APA xəbər verir ki, referendumda iştirak edən vətəndaşların 44%-i isə ölkənin Aİ-yə daxil olmasını dəstəkləyib.

Bununla bağlı ilkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 54 %-nin sayılmasından sonra dərc edilib.

Chosen
15
4
apa.az

7Sources