EN

Keniyanın paytaxtında çoxmərtəbəli bina uçub

Keniyanın paytaxtı Nayrobidə yeddimərtəbəli bina uçub.

“Far.Az” bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Hazırda xilasedicilər qəzanın nəticələrini aradan qaldırır, həmçinin qonşu binalardan insanları təxliyə edirlər.

Dağıntılar altında insanların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.

Hadisə yerinə bir neçə qurumun xilasediciləri göndərilib.

Chosen
36
1
far.az

2Sources