EN

İtaliya A Seriyası: “İnter” səfərdə “Roma”nı məğlub edib

İtaliya

Bakı, 21 oktyabr, AZƏRTAC

Futbol üzrə İtaliya A Seriyasında VIII turun mərkəzi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, prinsipial matçda “Roma” və “İnter” komandaları üz-üzə gəlib. Görüş Milan klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 60-cı dəqiqədə Lautaro Martinez vurub. “İnter” bu qələbə sayəsində 17 xalla 2-ci sıraya yüksəlib. “Roma” isə 10 xalla 10-cu pillədə qalıb.

Chosen
28
5
azertag.az

6Sources