Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.
Publika.az xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edib.
Zirə Olimpiya İdman Kompleksində baş turan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Görüşdə hesab 7-ci dəqiqədə açılıb. Cesse Sekidika meydan sahiblərinin qapısına yol tapıb.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 90+1-ci dəqiqədə məğlubiyyətdən xilas olub. Georgi Papunaşvili "status-kvo"nu bərpa edib.