Türkiyənin nüfuzlu ”Altın kelebek“ mükafatlarının təqdimetmə mərasiminin keçiriləcəyi tarix açıqlanıb.
Türkiyə mətbuatı xəbər verir ki, 50-ci dəfə ilin ən yaxşılarının seçiləcəyi mərasim dekabrın 8-də keçiriləcək.
Gecənin aparıcıları Çağla Şikel və Cem Davran olacaq.
Nominasiyalar üzrə mükafata namizədlərin siyahısı hələlik açıqlanmayıb.
"Cebheinfo.az"