EN

Tiflisdə müxalifət Avrointeqrasiyaya dəstək yürüşünə başladı

Gürcüstanda parlament seçkilərinə bir həftə qalmış müxalifət tərəfdarları ölkənin Avropa İttifaqına inteqrasiyasına dəstək məqsədilə Tifisdə yürüş keçirirlər.

Bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verir.

Məlumata görə, əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları olan bir neçə min paytaxt sakini Tiflisnin beş müxtəlif rayonundan “Gürcüstan Avropa İttifaqını seçir” adlı yürüş keçirir.

Aksiya iştirakçıları “Seçkiyə gəlin” plakatları ilə paytaxtın mərkəzində, konsertin keçiriləcəyi Azadlıq meydanına getməyi planlaşdırırlar.//APA

Chosen
11
8
musavat.com

10Sources