EN

Afflekin bu davranışları Cenniferi əsəbiləşdirir

Müğənni Cennifer Lopez aktyor Ben Afflekin boşandıqdan sonra davranışlarına görə əsəbiləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “In Touch Weekly” nəşri məlumat yayıb.

Ulduzlara yaxın bir insayder bildirib ki, Ben Afflek Lopezdən ayrıldıqdan sonra görünüşünə daha çox diqqət yetirməyə başlayıb. Mənbənin sözlərinə görə, aktyor saçlarını rəngləyir, manikür və pedikürə gedir, qidalanmasına diqqət edir.

İnsayder iddia edir ki, bu davranış Cennifer Lopezi çox qıcıqlandırır, çünki aktyorla evliliyi zamanı ondan prosedurlara getməsini xahiş edib, lakin o, imtina edib.

Xatırladaq ki, C. Lopez və B. Afflek hələ 2000-ci illərdə tanış olublar və əsas ulduz cütlüklərdən birinə çevriliblər. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. Onlar sonradan boşanıblar. 2021-ci ildə isə keçmiş sevgililər münasibətlərini bərpa edib, 2022-ci ildə ailə qurublar. Bu ilin avqust ayında isə cütlük boşanıb.

Chosen
16
1
qafqazinfo.az

2Sources