Demokrat.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili xatırladıb ki, işğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşdı.” Rayon ərazisində dəhşətli cinayətlər baş verdi, kəndlər, infrastrukturlar məhv edildi, tarixi ən qədim dövrlərə, bəzilərinin isə hətta eramızdan əvvəl VI əsrə qədər gedib çıxan tarixi abidələr erməni vandalizminin qurbanı oldu, talan edildi və tamamilə dağıdılaraq, yerlə-yeksan olundu.”
K.Qafarov Zəngilanın azad edilməsinin Vətən müharibəsinin gedişində əldə olunmuş mühüm qələbələrdən biri olduğunu vurğulayıb: “2020-ci ilin 20 oktyabr tarixində Şanlı Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində növbəti parlaq qələbələrindən birini əldə etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Vətən müharibəsinin ilk günlərində Zəngilandan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı.
Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun yeddi kəndinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Ümumilikdə isə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
10Sources
-
demokrat.az"Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir” —Kamaləddin Qafarov ( 12202519)
-
yenisabah.az“Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir” - Kamaləddin Qafarov ( 12202182)
-
ikisahil.azKamaləddin Qafarov: Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir ( 12201606)
-
buta.tvƏn parlaq qələbələrimizdən biri… - Qafarov ( 12201594)
-
axar.azƏn parlaq qələbələrimizdən biri… - Qafarov ( 12201215)
-
sfera.azKamaləddin Qafarov: “Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir” ( 12200792)
-
publika.az"Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir” - Qafarov ( 12200897)
-
teleqraf.com"Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir” - Kamaləddin Qafarov ( 12200777)
-
pravda.azKamaləddin Qafarov: “Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir” ( 12200699)
-
avtosfer.az“Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir” - Kamaləddin Qafarov ( 12200048)