EN

Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, çaylarda sel keçəcək

Sabah

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-i səhərdən 22-si gündüzədək arabir yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.Şimal və qərb rayonlarından başlayaraq 23-ü səhərədək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Diqqət Çəkənlər

Tağı Əhmədov dəfn olunub

Azərbaycan Basketbol Liqası: İlk turda daha bir qarşılaşma baş tutub

Azərbaycandan xaricə uçuşların sayı 20 %-ə qədər artıb

Chosen
1
47
ulusum.az

10Sources